Xəbər lenti
Qardaşı baltalamaq istədi, anasının qarğışına düşdü, gəlinlik paltarı geyinmədi - Xalq artistindən maraqlı faktlar
Xalq artisti Safura İbrahimova haqqında maraqlı faktlar.
Manevr.az kulis.az-a istinadən xəbər verir ki, atası Bakının tanınan tacirlərindən olub. Ticarətlə məşğul olduğuna görə onun var-dövlətini əlindən alıb ailəni ölkənin ən ucqar kəndlərindən birinə sürgün ediblər.
***
Ən böyük arzusu həkim olmaq olub. Məktəbi bitirəndən sonra sənədlərini tibb universitetinə versə də imtahanlardan kəsilib.
***
36 yaşında ailə həyatı qurub. 5 il davam edən ailə həyatı övladı olmadığına görə dağılıb. Ondan sonra heç vaxt ailə həyatı qurmayıb.
***
Toyunda gəlinlik geyinməyib.
Həyat yoldaşı prokuror olub. Səfurə İbrahimovanın pərəstişkarı olub. Deyilənə görə heç bir tamaşasını buraxmır, hər tamaşadan sonra ona gül-çiçək gətirərdi.
***
Anası onun aktrisa olması ilə razı olmayıb. O anası ilə bağlı xatirələrində danışarkən anasının hətta ona bu sənəti seçdiyi üçün qarğış tökdüyünü bildirib: "Deyirdi, səni görüm heç vaxt gəlinlik geyinməyəsən, başına duvaq atmayasan".
***
Qardaşları da Safuranın aktrisa olmasını istəməyiblər. Hətta "Sevil" filmindəki roluna görə qardaşı onun üstünə balta qaldırıb.
***
Həsən Turabov, Eldəniz Zeynalov və Tariyel Qasımov ona evlənmə təklifi edib.
***
Xalq artisti Zərnigar Ağakişiyeva ilə ölənə qədər küsülü qalıb.
Bacısı oğlunu övladlığa götürüb.
***
Teatrdan ayrıldıqdan sonra qapalı həyat tərzi sürür. Hətta bir ara onun dəli olduğu ilə bağlı xəbərlər yayılmışdı.
Teatrda onu çox incidiblər. İş o həddə çatıb ki, "Sevil" tamaşasının premyerası zamanı onu yıxmaq da istəyiblər: "Sevil" tamaşasında mən düşdüyüm pilləkənlərdən birinin taxta pilləsini vurmamışdılar. Mənim də bundan xəbərim yox idi. Pilləkənləri düşəndə Allah üzümə baxdı ki, ayağımın altındakı boşluğu hiss etdim. Əgər mən ayağımı həmin boşluğa atsaydım, üzü üstə səhnənin döşəməsinə yıxılacaqdım".
***
"Arxadan vurulan zərbə" də Ziba, "Sevil" filmində Dilbər, "Gün keçdi" filmində Əsmər roluna çəkilməsinə mane olublar.
Uzun illər fəxri ad almasının qarşısı alınıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar