Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan səfirliyi qarşısında etiraz AKSİYASI

Tarix: 08-10-2022 07:56     Baxış: 3272 A- / A+

 Azərbaycan icması Ermənistanın Niderland Krallığındakı səfirliyi qarşısında piket keçirib.


Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Ermənistanın törətdiyi son təxribatlara və apardığı təcavüzkar siyasətə etiraz məqsədilə baş tutan aksiyada Niderlandın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycan bayraqlarının dalğalandırıldığı piketdə aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan, itkin düşmüş adamlarımızın taleyi barədə məlumatları Azərbaycana təqdim et!”, “Edilli qətliamının günahkarları cəzalandırılsın!” kimi şüarların əks olunduğu plakatları nümayiş etdiriblər.

Qeyd edək ki, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlara etiraz əlaməti olaraq dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif aksiyalar keçirilib, nüfuzlu beynəlxalq təşkilatlara və dünya liderlərinə müraciət və bəyanatlar göndərilib. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar