Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAM

Tarix: 06-10-2022 14:42     Baxış: 5196 A- / A+
                         Bəs hərbçilərimizin taleyi məlum olmadığı halda, onlara nə qədər müddətdən sonra şəhid statusu verilə bilər? 

Manevr.az xəbər verir ki, bununla bağlı modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, altı hərbçiyə şəhid statusunun verilməsi məhkəmə qaydasında təsdiqlənməlidir:
“Məhkəmə qaydasında onların itkin olmağı barədə qərar çıxarılandan sonra şəhid statusunun verilməsi rəsmiləşdirilir. Bununla bağlı müəyyən edilən vaxt müddəti, adətən, altı aydır. Bu müddət ərzində hərbçinin sağ və ya vəfat etmiş olması haqqında məlumat yoxdursa, Müdafiə Nazirliyi müraciət etməli, məhkəmə isə müvafiq prosedura uyğun qərar verməlidir”.
Musa Quliyev azad edilmiş ərazilərdə kütləvi məzarlıqların, insan qalıqlarının tapılmasından da danışıb. Komitə sədri vurğulayıb ki, azad edilmiş ərazilərdə tapılan insan qalıqları arasında itkin hesab edilən hərbçilərimizə aid nümunələr də ola bilər: 
“Əgər onların hansısa şəkildə qalıqları tapılarsa, yenə də şəhid statusunun verilməsinə maneə deyil. Məhkəmə qaydası ilə öldüyü təsdiq olunan itkin hərbçilər şəhid sayılacaqlar. Amma arzu edək ki, onların sağ olduğu haqqında xəbərlər gəlsin”. 
Qeyd edək ki, rəsmi məlumata görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində davam etmiş Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu itkin düşmüş hesab olunur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, itkin düşən altı hərbçidən dördü əsgər, biri MAXE, biri zabitdir.
“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, - deyə Dövlət Komissiyasının məlumatında deyilir.
İtkin hesab olunan hərbi qulluqçular 2001-ci il təvəllüdlü MAXE Mehdiyev Asim Yaqub oğlu, 1998-ci il təvəllüdlü leytenant Vəlizadə İbrahim Səməd oğlu, 1997-ci il təvəllüdlü əsgər Qədirli Elnur Rəcəb oğlu, 1996-cı il təvəllüdlü əsgər Salamov Qorxmaz Bayram oğlu, 1995-ci il təvəllüdlü əsgər Feyzullayev Aydın Zakir oğlu, 1991-ci il təvəllüdlü əsgər Səfərli Xəqani İlqar oğludur.
Xatırladaq ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar