Xəbər lenti
Məşhur müğənniləri şantaj edən Maqsud Mahmudovla bağlı QƏRAR

Manevr.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Maqsud Mahmudovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq orqanı tərəfindən Maqsud Mahmudovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ittiham elan edilib.
Maqsud Mahmudovun barəsində Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa elan edilib. O, 2021-ci ilin iyulunda Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 91 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar