Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aliment ödəməyən "İmam Mehdi" MƏHKƏMƏYƏ VERİLDİ

Tarix: 05-10-2022 16:12     Baxış: 4280 A- / A+


Aliment ödəməyən "İmam Mehdi" MƏHKƏMƏYƏ VERİLDİ
Özünü 12-ci "İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
Manevr.az apa-ya istinadən xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınmış Mehman Baxışzadə ilə bağlı istintaq materiallarında göstərilib ki, Mehman Baxışzadə ittiham olunan Aqil Babayevi "İmam Mehdi" kimi qəbul edib, ona ümumilikdə 10 min manat pul verib. Bundan əlavə o, təqsirləndirilən şəxsin evlərinin tikintisində iştirak etsə də, zəhmət haqqını ala bilmədiyini deyib. 
Zərərçəkmiş Aqil Babayevin sözü ilə birgə iki övladı olan həyat yoldaşından da ayrılıb: "İmam Mehdi söhbətlərinə görə həyat yoldaşım mənə gülürdü, bu barədə Aqilə danışandan sonra onun "şeytan" olduğunu deyərək ayrılmağı tövsiyə etdi. Bundan sonra həyat yoldaşımdan ayrılıb Aqilin sözüylə başqası ilə evləndim. Kəbinimizi də o kəsdi. Bu evlilikdən bir qız övladımız dünyaya gəlsə də, sonradan bəzi səbəblərdən boşandıq".
Mehman Baxışzadə üçüncü dəfə başqa qadınla evləndiyini, bu günə kimi də onunla birlikdə yaşadığını bildirib. İstintaq zamanı məlum olub ki, illərlə "İmam Mehdi"yə hər ay pul verdiyini iddia edən Mehman Baxışzadə birgə nikahdan dünyaya gələn qızına aliment vermədiyi üçün məhkəməyə verilib.
Zərərçəkmişin keçmiş həyat yoldaşı aliment tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsində Mehman Baxşızadənin övladının xərclərini ödəmədiyi, məcbur olub məhkəməyə müraciət etdiyi qeyd olunub.
Keçmiş həyat yoldaşı məhkəmədən aylıq 500 manat məbləğində aliment kəsilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edib.
Mehman Baxşızadə məhkəmədə tikinti şirkətlərindən birində aylıq 300 manata usta işlədiyini deyərək, başqa uşaqlarına da baxmasını nəzərə almağı xahiş edib. Qərara əsasən, onun üzərinə aylıq 193 manat aliment ödəmək öhdəliyi qoyulub.
Xatırladaq ki, 2 milyon 500 min manat pulu dələduzluqla ələ keçirməkdə təqsirləndirilən Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar