Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın soyqırımı siyasətinin daha bir təzahürü... - İnsanlıq əleyhinə cinayət

Tarix: 04-10-2022 21:17     Baxış: 2265 A- / A+
Təəssüflə qeyd etmək lazımdır ki, ötən əsrin əvvələrində olduğu kimi Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra ermənilər tərəfindən xalqımıza qarşı soyqırım;, etnik təmizləmə siyasəti həyata keçirilib. 1992-ci ildə Xocalı soyqırımı, sonrakı illərdə Daş Başı, Daşaltı, Başlıbel, Malıbəyli kəndlərində ermənilər azərbaycanlılara qarşı xüsusi amansızlıqla divan tutublar. Bu günə qədər 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat yoxdur. I Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə xüsusi amansızlıqla qətlə yetirilməsini azad edilən torpaqlarımızda aşkar edilən kütləvi məzarlıqlar da bir daha ortaya çıxarır.
Manevr.az bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, ərazilərimiz erməni işğalında olan zaman mədəniyyət abidələri, tarixi, dini ocaqlar, məscidlər, kilsələr qəbiristanlıqlar barbarlığa məruz qalıb:
“Çox təəssüf ki, dünya birliyi bununla bağlı heç bir reaksiya verməyib. YUNESCO və digər beynəlxalq təşkilatlar bu gün ermənilərin azərbaycanlılara qarşı soyqırımı və digər insanlıq əleyhinə olan cinayətlərinə reaksiya vermir. Bu, Azərbaycana qarşı olan ikili yanaşmaların növbəti nümunəsi hesab edilir. Amma bunun əksinə Azərbaycana qarşı Ermənistan tərəfindən heç bir əsası olmayan məsələyə az qala qərəzli siyasəti özünün dövlət mahiyyətinə çevirmiş ökələr bizə qarşı ittihamlar irəli sürürlər”.
Ceyhun Məmmədov bildirib ki, Xocavənd rayonunun Edilli kəndində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların aşkar edilməsi də növbəti erməni vəhşiliyinin, insanlıq əleyhinə cinayətin bariz nümunəsidir:
“Beynəlxalq təşkilatlar nəhayət ki, Ermənistanın insanlıq əleyhinə, azərbaycanlılara qarşı soyqırımı cinayətlərinə real qiymət verməlidir. Bu olmadıqca özünün məkrli mahiyyətindən uzaqlaşmayan Ermənistan daha da aqressiv, təxribatçı siyasət həyata keçirməkdə davam edəcək”.
Milli Məclisin deputatı Aqil Məmmədov hesab edir ki, 90-cı illərin əvvələrində Azərbaycanda mövcud olan hərc-mərclik və hökm sürən anarxiya ərazilərimizi işğal etmək niyyətində olan təcavüzkar Ermənistan üçün sanki bir fürsətə çevrilmişdi:
“Azərbaycanın özünün ərazilərini və vətəndaşlarının təhlükəsizliyini təmin etmək bacarığının zəif olduğu dönəmdə məhz Ermənistan tərəfindən xalqımıza qarşı aqressiv, soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirilib. I Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən xalqımıza qarşı bu cür insanlıq əleyhinə olan cinayətlərin sayı olduqca çoxdur. 2020-ci ilin 27-i sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. Erməni şovinizminə, separatçılığa, təcavüz siyasətinə son qoyuldu. 30 il Azərbaycan ərazilərində vandalizm və barbarlıq siyasəti həyata keçirən Ermənistan burada xalqımıza məxsus bütün tarixi, dini, mədəni-mənəvi abidələri məhv edib, talamaqla məşğul olub. Məhz bu gün işğaldan azad edilən ərazilərdə azərbaycanlılara məxsus kütləvi insan məzarlarının aşkar edilməsi birmənalı şəkildə insanlıq əleyhinə cinayət hesab edilir”.
Deputat bildirib ki, Xocavənd rayonunun Edilli kəndində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların aşkarlanması erməni vandalizminin, soyqırımı siyasətinin daha bir təzahürüdür:
“Eyni zamanda bu gün Qarabağda azərbaycanlılara məxsus aşkarlanan insan qalıqları Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün də tam ciddi bir əsasdır. Bu, Ermənistan tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsini sübut edən danılmaz faktlardan biridir. İşğaldan azad edilən torpaqlarda aşkarlanan kütləvi məzarlıqların sayının artması onu deməyə əsas verir ki, ermənilər azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla yüzlərlə soyqırımı aktları həyata keçirib. Aşkarlanan kütləvi insan məzarlıqlarının Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, öldürülmüş hərbçilərə, mülki şəxslərə aid olması mümkündür”.
Millət vəkili vurğulayıb ki, bu gün Ermənistana heç bir əsası olmayan məsələlərə görə dəstək verən dairələr, aşkar edilən azərbaycanlılara məxsus kütləvi məzarlıqlarla bağlı yenə də susurlar:
“Bu açıq şəkildə ermənipərəst mövqelər və ikili standartların növbəti ifadəsidir. Azərbaycan dövləti hər zaman ədaləti özü təkbaşına təmin edib. II Qarabağ müharibəsində 30 il işğalda qalan ərazilərimiz azad edildi. İşğalçı Ermənistan torpaqlarımızdan qovuldu. Döyüş meydanında düşmənə layiqli zərbə vuruldu. Şəhidlərimizin qanı yerdə qalmadı. İki il öncə məhz bu gün Cəbrayıl şəhərinin erməni işğalından azad edilməsi və bu gün orada aparılan böyük bərpa-qurucluq işləri Azərbaycan dövlətinin öz torpağına, ərazisinə, ona məxsus olan dəyərlərə münasibətinin əyani təzühürü hesab edilir. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndinin - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin düşmən işğalından azad olunması Ermənistanın işğalçılıq mahiyyətinə vurulan ən böyük zərbə idi. Bu gün isə azad olunan ərazilərdə Azərbaycanın üçrəngli şanlı bayrağı qururla dalğalanır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar