Xəbər lenti
Nəqliyyat təhlükəsizliyinin təmin olunması yeni geosiyasi vəziyyətdə önəmli rolu var
Hazırda öz tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın dünyanın ayrı-ayrı qütblərində yerləşən çoxlu sayda dövlətlərlə mövcud olan əlaqələri daha da genişlənməkdədir.
Azərbaycan beynəkxalq ticarətdə əsas qovşaq ölkədir. Qədim “İpək yolu”nun üzərində yerləşən ölkəmizdə indi müasir, modern İpək yolları işləyir desək, yanılmarıq.Məhz Prezident İlham Əliyevin meqalayihələri Avropanın enerji xəritəsini dəyişir və qələbə yollarını Azərbaycana aid edir. Neft kəmərləri, qaz dəhlizləri təhlükəsizliyimizi təmin edir, həyatımızın firavanlığını daha da yüksəldir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuat konfransında deyib ki, bu gün yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi əlbəttə ki, önəmli məsələdir. Həqiqətən də nəqliyyat-logistika infrastrukturu hər bir ölkənin həyatverici damarı sayılır.
Bu gün Azərbaycanın ərazisində çox müasir nəqliyyat infrastrukturu var, - dəmir və avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, - bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Belə olduğu halda isə, sözsüz ki, ölkənin təhlükəsizliyi bir çox cəhətdən təmin edilmiş olur. Cari ildə ölkəmizdən keçən tranzit yüklərin həcmi təqribən 50 faizə qədər artıb. Dövlətimizin başçısının dediyinə görə, yaxın gələcəkdə bu rəqəm daha da böyük olacaq. Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.
Ölkəmizin uğurlu xarici siyasəti, çoxşaxəli iqtisadi əlaqələr Azərbaycanın Avropa qitəsinə inteqrasiyasını sürətləndirir. Bu baxımdan Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri məhsuldar və əhəmiyyətli, gündəliyi isə çox zəngin olub. Çünki istər Bolqarıstan, istərsə də İtaliya Azərbaycanın Avropa İttifaqına(Aİ) açılan qapısıdır. Avropaya son səfərin gündəliyi həm bu iki ölkə, həm də Avropa İttifaqı ilə münasibətlərin yeni müstəviyə çıxarılması baxımdan çox əhəmiyyətlidir. Dövlətimizin başçısının səfər çərçivəsində Avropa Komissiyasının Prezidenti, Yunanıstanın, Rumıniyanın Baş nazirləri ilə bir daha görüşmək imkanı yaranıb və bu gün regionumuzda sülhün təmin olunması üçün mühüm məsələlər müzakirə edilib.
Oktyabrın 1-də açılışı olmuş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu iki ölkənin boru xətlərini birləşdirməklə yanaşı, Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələrinə qədər uzanacaq. Bu Qaz İnterkonnektorunun buraxılma gücünü ilkin mərhələdə 3 milyard, perspektivdə isə 5 milyard kubmetrə çatdırmaq mümkün olacaq. Bolqarıstanın illik 3,5 milyard kubmetr qaz istehlakının 1 milyard kubmetri Azərbaycandan idxal olunmağa başlayıb. Bolqarıstana qonşu daha 3 ölkə - Macarıstan, Ruminiya və Slovakiya da Azərbaycan təbii qazını almaq istədiklərini bildirib və bu istiqamətdə müzakirələr aparılıb. Beləliklə, Azərbaycan Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı aktora çevrilməkdədir.
İndi müzakirə olunan Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi qitələrarası daşımaların həyata keçirilməsi üçün ən səmərəli layihə olaraq dəyərləndirir. Zəngəzur dəhlizinin açılması Avropaya daşımaların təhlükəsizliyini təmin etməklə yanaşı, yeni beynəlxalq enerji layihələrinin icrasını da mümkün edəcək. Qeyd etmək olar ki, Zəngəzur dəhlizi üzərindən Avropanı daha böyük təbii qazla təmin etmək gücündə olan Cənub Qaz Dəhlizinə paralel yeni ixrac marşrutu yaratmaq və buna Xəzər hövzəsindəki qaz istehsalçılarını da cəlb etmək mümkündür.
İnanırıq ki, yeni möhtəşəm layihələr perspektivdə Avropa üçün çox vacib məsələyə çevriləcək və Azərbaycanın Avropa İttifaqının iqtisadiyyatında rolu gündən-günə daha da artacaq. Bu isə ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və inkişafına yeni üfüqlər açacaq.
Hamlet QULİYEV,
YAP Masallı rayon təşkilatının üzvü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar