Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kəmaləddin Heydərov minaya düşən hərbçiyə mayor rütbəsi verdi

Tarix: 04-10-2022 14:12     Baxış: 4330 A- / A+
Oktyabrın 4-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərovla görüşüb. Görüşdə S.Heydərovun valideynləri də iştirak edib.
Manevr.az xəbər verir ki, görüş zamanı S.Heydərovun sağlamlıq vəziyyəti ilə maraqlanan nazir onun vətənpərvər, xalqına və dövlətinə bağlı, cəsarətli insan kimi formalaşmasına görə valideynlərinə təşəkkür edib. S.Heydərovun sağlamlığının bərpa olunması üçün bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyini bildirən nazir K.Heydərov bu məsələnin onun daim diqqətində olduğunu vurğulayıb.
Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə S.Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.
Süleyman Heydərov ona göstərilən diqqətə görə təşəkkür edərək, Vətənə bundan sonra da şərəflə xidmət edəcəyini bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar