Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səfərbərlik Xidmətinə xəbərdarlıq edildi

Tarix: 04-10-2022 12:56     Baxış: 3248 A- / A+


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xəbərdarlıq edib.
Manevr.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova “Facebook”da paylaşım edib:
“Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən abidəyə 13.09.2022-ci il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin binanın fasadında ayağaltılar qurulmaqla və dam hissəsinə qeyri-qanuni müdaxilələr edilməklə təmir-bərpa işlərinə hazırlıq görüldüyü aşkar olunub.
Görüləcək işlərin dayandırılması və həmin işlərə dair layihənin razılaşdırılması ilə bağlı 16.09.2022-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktub ünvanlanıb. Lakin ünvanlanmış məlumatlandırıcı məktuba rəğmən layihə razılaşdırılmadan təmir işlərinə başlanılıb və hazırda davam etdirilir.
Ümid edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tarix-memarlıq abidəsinin qorunmasına həssas yanaşaraq qısa zamanda təmir-bərpa işlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsini təmin edəcək.
Əks halda yol verilmiş müdaxilə faktına görə protokolun yazılması və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar