Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanı yenidən tərk edən Puqaçova evini 1 milyarda satır

Tarix: 01-10-2022 21:06     Baxış: 3267 A- / A+

Rusiyanın Xalq artisti Alla Puqaçova Moskva yaxınlığındakı, Qryaz kəndindəki malikanəsini 1 milyard rubla (təxminən 28 milyon 549 min 071 manat) satışa çıxarıb.

Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, müğənni məhz daşınmaz əmlakla bağlı məsələni həll etmək üçün Rusiyaya qayıdıb. Lakin malikanəyə hələ də alıcı çıxmayıb. Hazırda qəsrə sənətçinin nəvəsi Nikita Presnyakov nəzarət edir.

Puqaçovanın mətbuat katibi Yelena Çuprakova "RİA novosti"yə bildirib ki, o, bu məlumatı şərh etməyəcək.

Teleqram kanalı həmçinin, ifaçının övladlarının sənədlərini təhsil aldıqları məktəbdən götürdüyünü iddia edib. Uşaqların sinif yoldaşları Harri və Lizanın valideynlərinin dediyinə görə, Puqaçova Lipkidəki Moskva gimnaziyasının rəhbərliyindən övladlarını İsrailə aparmaq üçün şəxsi iş, hesabat vərəqələri, tibbi kartlar, əkizlərin diplomları və mükafatları haqqında məlumat hazırlamağı xahiş edib.

Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Bir neçə gün əvvəl isə onun yenidən Rusiyanı tərk edərək İsrailə getdiyi bildirilib. axşam.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar