Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın arvadı ÜZR İSTƏDİ

Tarix: 01-10-2022 20:47     Baxış: 3352 A- / A+
Paşinyanın arvadı ÜZR İSTƏDİErmənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan iki il əvvəl Qarabağdakı 44 günlük müharibə ərəfəsində yaratdığı "Erato" adlı qadın hərbi dəstəsinin üzvlərindən üzr istəyib.

Anna Akopyan bu barədə özünün Facebook səhifəsində yerləşdirdiyi müraciətində yazıb.

O qeyd edib ki, müharibə zamanı erməni əsgərini tək qoymamaq, ona yaxın olmaq üçün qadınlardan ibarət dəstə yaradıb.

"Dəstəyə yazılan qadınların bir qisminin oğulları çağırışçı olub, yəni döyüş meydanında idilər, bəziləri isə müxtəlif səbəblərdən müharibəyə getməyən qardaşlarının yerinə hərbi xidmətə gəlmişdilər".

Anna Akopyan bildirib ki, müxtəlif motivli çağırışçı qadınlardan ibarət dəstəyə 5-8-ci əsrlərdə yaşamış erməni kraliçası Eratonun adını verib.

Akopyanın sözlərinə görə, 44 günlük müharibədən sonra keçən iki ildə "Erato" dəstəsinin qadınları mənəvi zərbələrə məruz qalıblar.

"Bu qadınlar şərəfsiz sütununa mıxlandılar, daşqalaq edildilər, məsxərəyə qoyuldular, nifrət qazandılar, biabır edildilər, təqiblərə məruz qaldılar, bəziləri işindən, bəziləri təhsildən qovuldu. Mən onlardan üzr istəyirəm ki, onların lağ hədəfinə çevrilməsinə səbəb oldum".
A.Akopyan deyib ki, Ermənistan cəmiyyəti "Erato" dəstəsinin qadınlarının təqib edilməsinə və məsxərəyə qoyulmasına susmaaqla onu xəyal qırıqlığına uğradıb. redaktor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar