Xəbər lenti
Peyk çəkilişləri zamanı Salyanda çoxsaylı zəlzələ zonaları müəyyən edilib

Onlayn müzakirələr zamanı Azərbaycan ərazisində aparılan paleseysmoloji tədqiqatların ilkin nəticələri və gələcəkdə görüləcək işlər haqqında danışılıb.
Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşlarının Salyan ərazisində apardıqları peyk üzərində aparılan çəkilişlər əsasında qurulan xəritə məlumatlarına əsasən, müasir seysmikliyi olan bir sıra çox aktiv sürüşmə qırılmaları və çoxsaylı zəlzələ zonaları müəyyən edilib. Həmçinin geoloji yerdəyişmə sürətlərini müəyyən etmək üçün yerini dəyişmiş çay terraslarından nümunələr toplanıb. Tədqiqatların məqsədi yerdəyişmə tipli qırılmaların geoloji inkişafının istiqamətlərini və rolunu müəyyən etməkdir. Bundan əlavə, palçıq vulkanlarının olduğu bölgələrin peyk şəkilləri təhlil edilib.
Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçard Voalker bildirib ki, Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatlar böyük əhəmiyyət daşıyır. Bu tədqiqatlar Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar