Xəbər lenti
Deputat: “Həyatımın yarısını “Azərsu” və buna oxşar qurumlarla mübarizədəyəm”
“Mən həyatımın yarı hissəsini “Azərsu” və buna oxşar qurumlarla mübarizədəyəm. Vallah, yoruldum”.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib. O bildirib ki, Lənkərandan gələn bütün məktublarda “Azərsu” ilə bağlı şikayət var.
Deputat regionlarda əsas problemin işsizlik olduğunu qeyd edib: “Regionlarda işsizliklə bağlı məsələni həll etmək lazımdır. Şəhərdə insanlar gedir “moyka” açır, bir şəkildə özünü dolandırır. Biz insanların regionlara qayıdış məsələsinə diqqəti artırmalıyıq”.
Rüfət Quliyev supermarketlərdən də şikayətlənib: “Digər bir problem isə supermarketlərlə bağlıdır. Hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar