Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Tarqovıy”da fəaliyyət göstərən “siçan” saxlanıldı

Tarix: 29-09-2022 13:32     Baxış: 3235 A- / A+
Manevr.az xəbər verir ki, hadisə sentyabrın 21-də axşam saatlarında baş verib. Polis əməkdaşları Nizami küçəsində uşaqlarla fotolar çəkdirib pul yığan siçan geyimindəki şəxsə yaxınlaşıblar və onun qeyri-qanuni fəaliyyət göstərdiyini bildiriblər.
İttihama görə, bu zaman cizgi filmi qəhrəmanı geyimində olan 1989-cu il təvəllüdlü şəxs polisə müqavimət göstərib. O, fəaliyyətini davam etdirəcəyini bildirib və polis əməkdaşlarını söyməyə başlayıb. Bundan sonra 33 yaşlı şəxs ərazi üzrə 39-cu Polis Bölməsinə gətirilib. Gecəni bölmədə keçirən şəxs sentyabrın 22-də barəsində tərtib edilmiş protokolla birgə Səbail Rayon Məhkəmsinə göndərilib.
Saxlanılan şəxs məhkəmədə belə ifadə verib: “Sentyabrın 21-də, saat 20:05 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərərək, yəni “siçan” paltarı geyinərək, pul yığırdım. Başqa əmək məşğuliyyətim yoxdur, buradan əldə etdiyim pulla ailəmi dolandırıram, iki azyaşlı uşağım var. Polis əməkdaşları yaxınlaşaraq irad bildirdilər, mənə bu işi davam etdirməməyi tapşırdılar. Lakin iradlara məhəl qoymayaraq, işimi davam etdirəcəyimi söylədim. Sonra polis əməkdaşları məni bölməyə dəvət etdi, lakin bundan imtina etdim, əl-qol hərəkətləri ataraq nalayiq ifadələr işlətdim və məni çətinliklə 39-cu Polis Bölməsinə gətirdilər. Əməlimdən peşmanam”.
Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda o, 200 manat cərimə edilərək sərbəst buraxılıb./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar