Xəbər lenti
Əhalinin nəzərinə - Çörək alarkən diqqətli olun - VİDEO
Markektlərdə müxtəlif şirkətlərə məxsus, müxtəlif növ çörəklər satılır. Bəzi çörək istehsalı ilə məşğul olan şirkətlər isə çörəkin çəkisində müştəriləri aldadırlar. Belə ki, çörəyin qablaşdırılmasında göstərilən çəki ilə faktiki çəkisi düz gəlmir. Əməkdaşımız məsələni araşdırıb.
Bəzi çörək zavodları vətəndaşları aldadır. Çörəyin faktiki çəkisi etiketdə göstərilənlə eyni deyil
Vəziyyətin necə olduğunu görmək və göstərmək üçün makretlərə üz tutduq.
Vətəndaşlar dəfələrlə bu halla raslaşdıqlarını və bu vəziyyətdən narazı olduqlarını dilə gətirdilər.
Məsələ ilə bağlı çörək zavodları ilə əlaqə saxlamaq istəsək də suallarımıza cavab verən tapılmadı. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə bildirildi ki, çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə vətəndaşlardan xeyli müraciət daxil olub. Araşdırma nəticəsində bəzi istehsalçıların istehlakçını çəkidə aldadıldığı müəyyən edilib.
Qeyd edək ki, istehlakçıların aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000-6 000 manat inzibati qaydada cərimə edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar