Xəbər lenti
“Başdaşında şəhidin şəklinə çəngəllə tort yedizdirmək...” - Etiraz
Sabahdan etibarən Azərbaycanda Vətən müharibəsinin başlanmasının 2 ili tamam olur. Artıq dünəndən başlayaraq, şəhidlərimiz üçün ehsan süfrələri açılır.
Manevr.az xəbər verir ki, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bununla bağlı şəhid ailələrinə müraciət edib. O, şəhid ailələrini, sui- istifadə hallarının qarşısını almağa çağırıb.
E.İslamoğlu deyib: “Əziz ailələr, imkan verməyin yas mərasimində təşkilatçılar şou yaratsın, əlinizdə-ovcunuzda olanı mənimsəsin, yas mərasimində əndazə aşılsın.
Maketə toy etmək, şəhidin şəklini tortun üstünə vurub onu valideynə kəsdirmək, başdaşında şəhidin şəklinə çəngəllə tort yedizdirmək, qara rəngdə hava balonları hazırlamaq, mərasimə meyxanaçı, müğənni dəvət etmək və cəmiyyətdə qıcıq, gülüş yaradan digər hərəkətlər təşkilatçıların ağlının məhsuludur.
Hər mərasimdən ən azı 2-3 min manat da təşkilatçılar qazanır.
Sadə ehsan, sadə mərasim ən gözəlidir.
Şəhidlərimizin adına layiq hərəkət edək, onları layiqli yaşadaq”./yenisabah
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar