Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərin əlillik təyinatı ilə bağlı MÜHÜM XƏBƏR - VİDEO

Tarix: 23-09-2022 09:48     Baxış: 4375 A- / A+
Bu şəxslərin əlillik təyinatı ilə bağlı MÜHÜM XƏBƏR - VİDEO
Yaralı hərbçilərimizin əlillik təyinatı prosesi asanlaşdırılıb.
 
Söhbət sentyabr ayının 12-14-də ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alan zaman yaralanan hərbçilərimizdən gedir.
 
Sözügedən hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb. Dövlət tibbi ekspertiza və reabilitasiya agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu, müdafiə nazirliyinin baş klinik hospitalında və dövlət sərhəd xidmətinin hərbi hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirilib.Dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov əlavə edib ki, yaralı hərbçilərimiz onlara verilmiş şəhadətnamə əsasında qeydiyyatda olduqları poliklinikaya müraciət edirlər. Hazırda həyata keçirlən əyani müayinə üsulu isə bütün bu prosesin müddətini azaltmaq üçündür. Yəni təyinat üçün müraciət edən hərbçilərimiz vaxt itirməli olmayacaq.
 
Qurumun rəsmisi onu da bildirdi ki, ilk növbədə 50-yə yaxın hərbçimizə əlillik təyinatı üzrə baxışlar keçirilib və bu proses mütəmadi olaraq davam etdiriləcək.

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar