Xəbər lenti
Aqil Abbasdan depuat həmkarına ETİRAZ
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri, deputat Hicran Hüseynova deyib.
Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər:
“Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”
Millət vəkili Aqil Abbas həmkarının bu fikirləri ilə razılaşmayıb.
“Mən bu fikirlə razı deyiləm. Sosial yardım insanı necə xarab edə bilər? Əgər işləmə imkanı yoxdursa, dövlət ona müavinət verirsə insan niyə xarab olsun? Nə müavinətdir ki? Elə çox böyük bir pul da deyil ki, o insanı xarab etsin.
İndi yəqin Hicran xanım başqa mənada deyib. Hansı ki, insanlar müavinətə ümid bağlayıb işə getmirlər. Amma bununla da razı deyiləm, iş yaxşı iş olsa, normal iş olsa, hamı gedər. Mən bu fikirlərlə razı deyiləm”,- deyə deputat vurğulayıb. redaktor.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar