Xəbər lenti
Gömrük məmurları milyonları belə "yeyiblər" - Yeni həbslər...
Dövlət Gömrük Komitəsində baş verən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi çərçivəsində müxtəlif qurumlar tərəfindən aparılan yoxlamalar zamanı yeni-yeni ciddi faktlar üzə çıxır.
Manevr.az Bakupost.az-a istinadən xəbər verir ki, bu günlərdə Gömrük Komitəsində yüksək çinli məmurların pirotexniki vasitələrin ölkəyə gətirilməsi üçün istifadə etdikləri üsulların üstü açılıb.
Məlum olub ki, Yeni il şənliyi və Novruz bayramından bir həftə öncə "Qırmızı körpü" keçid məntəqəsində ölkəyə daxil olan malların yoxlanılmasında istifadə edilən əsas Rentgen qurğusu (Skan aparatı) bir həftəlik söndürülürmüş. Rəsmi sənədlərdə bu əməliyyat “texniki nasazlıq” kimi qələmə verilir və beləliklə, ölkəyə on milyonlarla dollar dəyərində tonlarla qadağan olunmuş pirotexniki vasitələr keçirilirmiş. Araşdırmalar zamanı o da bəlli olub ki, bu əməliyyatlar zamanı ölkəyə qeyri-qanunu olaraq mobil telefonlar, qızıl-zinət əşyaları, dərman preparatları da keçirilirmiş.
Beləliklə, gömrük postunda ildə bir neçə dəfə "pirotexnika əməliyyatı"nın həyata keçirildiyini və bir həftə boyunca ölkəyə idxal olunan məhsulların yoxlanılmadığını göz önünə gətirsək, əminliklə demək olar ki, söhbət on, hətta bəlkə də yüz milyon dollarla ölçüləcək qanunsuz dövriyyədən gedir. Təbii ki, bütün bu qanunsuz gəlirlər Gömrük Komitəsinin yüksək çinli məmurları arasında bölüşdürülürmüş...
Bütün bu əməliyyatlara hazırda həbsdə olan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun rəhbərlik etdiyi bildirilir. "Pirotexnika əməliyyatı"nın üstü açıldıqdan sonra Gömrük Komitəsi Əməliyyat İdarəsinin rəisi Rafiq Fətullayevin istintaqa cəlb olunacaqları gözlənilir.
Qeyd edək ki, hər il Yeni il və Novruz bayramı zamanı pirotexniki vasitələrin qanunsuz satışı ilə bağlı əməliyyatlar keçilir, xeyli adam həbs olunur. Lakin bir sual həmişə açıq qalırdı: Ölkəyə gətirilməsi qadağan olunan bu mallar gömrükdən necə keçirilir?
Bununla bağlı Gömrük Komitəsinə yönələn suallara isə belə cavab verilirdi: “Qaçaqmalçılıq yolu ilə”.
İndi isə məlum olur ki, bu malların ölkəyə gətirilməsinə gömrük rəhbərliyi şəxsən nəzarət edibmiş. Daha doğrusu, Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin ən yaxın adamı - müavini Məsum Rəsulov.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən hər hansı münasibət öyrənmək mümkün olmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar