Xəbər lenti
Göyçə gölündəki oteldə erməni qadın məni qucaqlayıb...
Azərbaycan əsgəri Göyçə gölünün önəmli bir hissəsinə nəzarət edir. Oraların mənzərəsini əks etdirən görüntülər yadıma bir əhvalatı saldı.
ATƏT-ın xətti ilə bir qrup jurnalist Ermənistana getmişdik. Bizi Göyçə gölünə apardılar. Bir oteldə qalırdıq. Təbii ki, biz yerli Təhlükəsizlik Xidmətinin nəzarəti altında idik.
Nəsə, oteldəyəm. Bir qadın mənə yaxınlaşdı, qucaqlayıb hönkür-hönkür ağlamğa başladı. Dedi ki, biz Bakıda gül kimi yaşayırdıq. Müharibə başladı. Başımızı götürüb buraya qaçdıq. Burada bizi heç adam yerinə qoyan da yoxdur. Bizi ikinci dərəcəli erməni hesab edirlər...
Bakı üçün, qonşularım üçün o qədər darıxıram ki. Bütün həyatımız məhv olub. Biz burada yaşaya bilmirik. Getməyə də başqa bir yer tapmırıq. Allah müharibəni başlayanlara, bizləri düşmən edənlərə lənət eləsin...
Bakıya döndükdən sonra bu barədə yazmışdım da. Çoxları mənə dedi ki, o qadın elə Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. Artislik edib və s.
Ancaq mən o qadının səmimiyyətinə inandım. Elə indi də inanıram ki, ermənilər arasında azərbaycanlılarla dost, ən azı xoş qonşuluq münasibətində olmaq istəyənlər biz düşündüyümüzdən də çoxdur. Bu coğrafiyada 120 milyon türkün içində yaşayan 3 milyonluq erməninin heç də hamısı "daşnaksütun" kimi faşist bir ideologiyanın daşıyıcısı deyil...
Mən başa düşürəm ki, son 150 ildə ABŞ, Avropa, Rusiya və İran türk xalqı ilə ermənilər arasındakı bütün körpüləri darmadağın ediblər.
Nikol Paşinyanı ikici dəfə iqtidara gətirən erməni xalqı əslində sülhə səs verib. Təəssüf ki, adını çəkdiyim siyasi mərkəzlərin dəstək verdiyi revançistlər Ermənistanla Azərbaycan, eləcə də Türkiyə arasında sülh sazişinin əldə olunmasına imkan vermir...
Ancaq Azərbaycan-Türkiyə birliyi erməniləri bizə düşmən edənlərin əsarətindən qoparacaq.(musavat.com)
Elbəyi Həsənli, Sürix
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar