Xəbər lenti
“İndi nə edək? Rəqəmlərin içində boğulaq?!” - Elşad Miri
Cənnətdə 33 yaş məsələsinə gəldikdə, əgər 33 yaşa üstünlük verirlərsə və əgər 33 yaş özəl bir yaşdırsa, niyə Məhəmməd peyğəmbərə 40 yaşında peyğəmbərlik verilib, əgər 33 yaş özəl bir yaşdırsa, 22 yaşında ölən necə olacaq?!
Yaşı 12 yaşında ölən uşaq necə yaşında olacaq?! O bir yaşlıların təqsiri nədir?! Bəlkə, mən özümü 15 yaşında daha yaxşı hiss eləmişəm. Yaxud da bəlkə, 28 yaşında özümü yaxşı hiss eləmişəm?! Niyə məni 33-ə gətirirsən?! Bunlar hamısı nağıllar, uydurmadır. Havas elmi deyilən elm də yoxdur, bu da uydurmadır. 666 rəqəmini satanizmlə bağlayırlar. Bunlar hamısı mifdir. İnsanlar bu cür məsələlərə mifik bir don geyindirməyə çalışırlar. Biri deyir ki, faktiki olarqq mənə hansısa rəqəm daha xeyirli olur. Bunu sınamışam. Bunların isə heç bir əsası yoxdur”.
Elşad Miri fikirlərinə davam edərək qeyd edib ki, İslamın yeganə mənbəyi Qurandır: “Quranda da bu məsələlərə heç bir zaman toxunulmur. Sadəcə olaraq, Nuh peyğəmbərlə bağlı bir anlayış var. Onun 1000 ildən 50 il az yaşadığı deyilir. Bu gün həqiqətən də Mesopotomiyanı araşdıranda da insanların yaşlarıyla bağlı 1000 ildən 20 il az yaşamaq anlayışları olub.
Bildirirlər ki, Nuh öz gəmisinə 40 növ heyvanı mindirib. Niyə?! Həmin dövrdə 41-ci yox idi?! Bunlar əsassızdır. Məsələnin mahiyyəti kənarda qalır. İnsanları məqsəddən yayındırmaq üçün olan məsələlərdir. Bu məntiqlə götürsək, krişnaidlərdə 107, 109, 32 məsələsi olur. Hər birində ayrı-ayrı rəqəmlər var. İndi nə edək?! Rəqəmlərin içində boğulaq?! Niyə insanlar bunları mistikləşdirdi? Bu gün mifologiya ölməyib. İnsanlar da belə şeylərə inanmağı xoşlayırlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar