Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhidin yasında pul toplayan blogerlərlə bağlı araşdırma başladı

Tarix: 17-09-2022 15:26     Baxış: 3221 A- / A+

Dünən şəhid Səbuhi Əhmədovun yas mərasimində toplanan pulların, yardımların qardaşı Sənana verilməməsi ilə bağlı xəbərlər yayıldı.
Manevr.az xəbər verir ki, artıq bununla bağlı Baş Prokurorluqda araşdırmalara başlanılıb.
Bu barədə jurnalist Məhəmmədəli Qəribli məlumat verib.
O, bildirib ki, iş birbaşa Baş Prokurorun nəzarətindədir:
“Xətai Rayon Prokurorluğundan Araz müəllim adlı müstəntiq zəng etmişdi. Şəhid Səbuhinin dəfnində pul yığıb, qardaşına verməyən blogerlərlə bağlı yazdığım statusla əlaqədar araşdırılmanın başlandığını bildirdi. İşin birbaşa Baş Prokurorun nəzarətində olduğunu dedilər. Məni də izahat vermək üçün prokurorluğa dəvət etdilər. Qoy dələduzları tapıb, lazımi cəzalarını versinlər!”.
Qeyd edək ki, şəhid-mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu iddia edib ki, sosial şəbəkələrdə şəhidin adına yığılan pullar Səbuhi Əhmədovun ailəsinə çatmayıb:
“Şəhidin yasından öz məqsədləri, mənafeləri üçün istifadə edən nə qədər vicdansız insanlar var. Bir neçə hesab açılıb, pullar toplanıb. Heç birindən Sənanın xəbəri yoxdur. Kimlərəsə böyük məbləğdə Sənana çatdırılması üçün pullar verilib. Amma o pullar Sənana çatmayıb. “Tiktok”da, “İnstagram”da Səbuhinin qardaşı üçün hədiyyə, yardım istəyənlərdən Sənanın xəbəri yoxdur. Sənanın birbaşa özünə verilməyən, kiminsə vasitəsilə ona göndərilən pullardan onun xəbəri yoxdur”.
E.İslamoğlu daha vacib bir məqama da toxunaraq vurğulayıb ki, bir qrup bloger şəhidin yasında pul yığıb:
“Bir qrup bloger də Səbuhinin yas mərasimi olan həyətdə dəftər qoyub pul yığırdı. Orda iştirak edənlər də pul qardaşına veriləcək deyə siyahıya yazılırdı. Sonra Sənana deyiblər ki, bəs biz uşaq evi üçün burda aksiya edirik, toplanan pullarla uşaq evinə gedəcəyik. Bu da təzə çıxıb?
Başqa şəhidlərin də yasında blogerlər gəlib pul yığır, aksiya edir? İrad və qınağımızdan sonra toplanan puldan az bir məbləğ Sənana verildi. Kim yardım edəcəksə, birbaşa özüylə görüşüb özünə versin.
Sənanın kimsəsizliyindən hərə öz məqsədi üçün istifadə edir. Şəhidin əmanətinə xəyanət edənlər ən vicdansız adamdır”./Bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar