Xəbər lenti
TƏBİB-dən metro və avtobusda maska taxmaqla bağlı AÇIQLAMA

Azərbaycanda yeni tədris ilinin başlanması səbəbindən ictimai nəqliyyatda sıxlıq müşahidə edilir. Son günlər metro və avtobuslarda yaranan basabas koronavirusa yoluxma riskini yenidən artırır. Hazıda ölkədə epidemioloji vəziyyət nisbətən sabit olsa da, payızda yoluxma hallarının artması istisna edilmir.
Belə olan halda hansı qabaqlayıcı addımlar atılmalıdır?
Tanınmış həkim vurğulayıb ki, dövlət qurumları ictimai nəqliyyatda müşahidə edilən sıxlığın aradan qaldırılması üçün müvafiq addımlar atmalıdırlar.
Qapalı yerlərdə tibbi maska tələbinin yenidən tətbiqinə gəlincə, TƏBİB nümayəndəsi hazırda bu məsələnin gündəmdə olmadığını söyləyib.
Bundan əlavə, Vasif Əliyev vətəndaşları ictimai nəqliyyatda virusdan qorunmaq üçün maska taxmağa çağırıb:
“Hazırkı vəziyyətlə əlaqədar maskadan məcburi istifadənin yenidən tətbiq ediləcəyini düşünmürəm. Əlbəttə, yoluxma sayında artım olacağı təqdirdə belə qərar qəbul edilə bilər. Təbii ki, yoluxma sayının artmaması üçün vətəndaşlar ehtiyatlı davransınlar. Yaxşı olar ki, ictimai nəqliyyatda mümkün qədər tibbi maskadan istifadə edilsin".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar