Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən “Facebook” istifadəçilərinə XƏBƏRDARLIQ

Tarix: 16-09-2022 12:51     Baxış: 3188 A- / A+
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti media qurumlarını “Facebook” sosial şəbəkə hesablarında paylaşım edərkən diqqətli olmağa çağırır.
 
Manevr.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsinin müəyyən etdiyi qayda və şərtlərə uyğun olmayan məlumatların paylaşılması həmin sosial şəbəkə hesablarının bloklanması ilə nəticələnə bilər. 
 
Elektron Təhlükəsizlik Xidməti bu həssas dönəmdə media qurumlarına “Facebook” sosial şəbəkə hesablarının bloklanmasının qarşısını almaq üçün xüsusilə aşağıdakı məzmunda məlumatları paylaşmamağı tövsiyə edir:
 
Şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, əlilliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi;
 
Şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması, nifrətə çağırış, təhqir və böhtan xarakterli məlumatlar;
 
İntihara yönləndirən, təşviq edən, intihar edən şəxsi təsvir edən paylaşımların edilməsi;
 
Zorakılığın təbliği və təşviqi;
 
Sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımların edilməsi.
 
Qeyd edək ki, “Facebook”da istifadəçilər tərəfindən hər hansı qayda və şərtlərin pozulması halı baş verdikdə bu barədə istifadəçilərin “Facebook” hesablarına və qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçt ünvanına bildiriş və xəbərdarlıq göndərilir. Həmin bildirişlər və xəbərdarlıqlarda qeyd edilən təlimatlara qısa zamanda əməl edildiyi təqdirdə hesabların bloklanmasının qarşısı alınır. Bu səbəbdən media qurumlarına tövsiyə edilir ki, “Facebook” tərəfindən onların sosial şəbəkə hesablarına daxil olan bildirişlərə qarşı diqqətli olsunlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar