"Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sağlam olan bacısının mövcud əri onu evlənməyə məcbur edib. Qızın ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün iştirak edib".
Manevr.az bildirir ki, bunu “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib. O bildirib ki, məktəb direktoru olan evli şəxs arvadının bacısı ilə qızın öz xəbəri olmadan kəbin kəsdirib:
“Gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli aravdımsan. "Ər" qızı boğaraq onunla zorla ərdə olmasını tələb edib. Maraqlı bilirisiniz nədir? Orta əsr qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur. Elm və Təhsil Nazirliyi, mümkünsə, bu direktorla məşğul olun. Əgər belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır” - o qeyd edib.
M.Zeynalova həmçinin bildirib ki, polis qızın yerini gizlətməli olduğu halda qohumları ilə birgə sığınacağa gəlib:
“Yardımlı polis əməkdaşı mənə zəng vurub dedi ki, "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş polis əməkdaşı bütün nəsli yanına alıb qapıya gəlib. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, adam axtarışa verildiyi üçün gətirməli olduğunu dedi”.
M.Zeynalova həmçinin bildirib ki, qadının və uşağının sənədləri girov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ölkə.az-ın soğusuna cavab olaarq bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar