Xəbər lenti
“Vəzifədən çıxan kimi içkiyə qurşanıblar” – ŞOK İTTİHAM
Son vaxtlar Azərbaycanda qəribə tendensiya müşahidə olunur. Vəzifədən çıxan, həbsxanaya düşən sabiq məmurlar dərhal “xəstələnirlər”.
Sabiq Baş prokuror Zakir Qaralovdan sonra Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyevin səhhəti ilə bağlı intensiv məlumatların yayılması da bunu sübut edir. Yerli KİV-də yazılanalra görə, hazırda məhbus həyatı yaşayan keçmiş icra başçıları da “xəstələniblər” və cəzalarını penitensiar xidmətin müalicə müəssiəsində çəkirlər.Buna səbəb nədir?
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında deyib ki, bu şəxslər “xəstələnmək”lə ən asan yolu seçirlər:
“Bu məsələ belədir. Bunlar yesinlər, dağıtsınlar, dövlətin pulunu talan etsinlər, sonra da ən asan yolu seçib “xəstələnsinlər”. Xəstə olmasalar da, özlərinə bülleten açdırıb, oğurladıqları milyardlardan 5-10 min verib özlərinə xəstəlik yazdırırlar və bununla da canlarını qurtarmaq istəyirlər.
Düşünürəm ki, bu, düzgün yanaşma deyil, onların hər birinin vicdanı olmalıdır ki, dövləti, eləcə də xalqın malını bu qədər talan etmək, rüşvətxorluq etmək olmaz.
Cənab Prezident hər zaman deyib ki, şəffaf işləyin, korrupsiyaya qurşanmayın. Onlar da qurşanırlar, tutulandan sonra da başlayırlar timsah gözyaşları tökməyə”.
Z. Qaralovun səhhətindən söz açan MMP sədri deyib:
“O ki qaldı Zakir Qaralova, o, içki düşkünüdür və bundan əziyyət çəkir, bununla əlaqədar da müalicə alır. Bizdə bu barədə məlumatlar, o cümlədən onun həkimləri ilə əlaqə saxlayan qruplar var. Zakir Qaralov içkidən əl çəkə bilmir”.
“Həmçinin, digərləri də eyni şeyi edirlər. Baxmayın da, o kreslonun ləzzəti axı bunlar üçün ayrı şeydir. Onu da unutmaq üçün bəzən baxırsan, nəşəyə qurşanırlar, narkotik qəbul edirlər və s. Hər halda bunları bağışlamaq olmaz. Çünki bu qədər xalqa zülm edib, xalqın pulunu talan edən, dövlət başçısının tapşırıqlarını yerinə yetirməyən adamların yeri həbsxanadır”, - əlavə edib.
Sonda S. Mehdiyevdən də söz açan H.Hacıyev bu mövzuda tək cümlə ilə kifayətlənib:
“Səfər Mehdiyev də Qaralovun yolu ilə gedir. yyeib-içir, amma özünü xəstəliyə vurur. Bunların hamısı bir bezin qırağıdır. Dəyişən heç nə yoxdur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar