Bərdə Rayon Piyadalar kəndində aidiyyəti üzrə aparılan monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib.
Manevr.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.Bildirilib ki, TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim mütəxəssisinin tövsiyəsi ilə həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.
01.09.2022-ci il tarixdə xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Götürülən nümunələrdən üçünün nəticəsi müsbət olub. Laborator müayinə nəticələri müsbət olan şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində müalicələri davam edir. Onların vəziyyətləri stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, xəstəliyin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.
Xatırladaq ki, 01.09.2022-ci il tarixində Bərdə rayonunun Piyadalar kənd sakini tərəfindən daxil olmuş məlumat əsasında Bərdə rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bərdə şöbəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Piyadalar kənd Bələdiyyəsinin və Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən kənd ərazisində monitorinq aparılıb.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar