Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Hər kəs əməlinə görə cavab verəcək” - Mehdiyevdən Rasim Məmmədova cavab

Tarix: 09-09-2022 12:21     Baxış: 3251 A- / A+

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev “Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədovun onun haqqında səsləndirdiyi müxtəlif ittihamlara cavab verib.
Manevr.az xəbər verir ki, R. Mehdiyev “Unikal”a açıqlamasında deyib ki, bu məsələ barədə nəsə danışmaq istəmir:
“Mənim ona sözüm yoxdur. Kim nə danışır, danışsın. Əsas odur ki, mən özüm yaxşı bilirəm ki, hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs törətdiyi əmələ görə cavab verəcək”.
Qeyd edək ki, “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov sentyabrın 5-də keçirilən məhkəmə iclasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayətin predmeti ilə bağlı əlavə şahid kimi dindirilməsini tələb edib.
Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar