Xəbər lenti
İstanbulda qəzada həlak olan azərbaycanlı həkimin statusu suallar yaratdı - ŞƏKİLLƏR
Sentyabrın 5-də İstanbulda avtomobilin vurub öldürdüyü azərbaycanlı uzman həkim Elnur Rufullayevin hadisədən bir müddət əvvəl sosial şəbəkə səhifəsində paylaşdığı status müzakirələrə səbəb olub.
İstanbulda avtomobilin qəsdən üzərinə sürüldüyünü və son anda qəzadan qaça bildiyini yazıbmış. Bu məsələ həkimin sui-qəsd nəticəsində öldüyü haqda şübhələr yaratmağa başlayıb.
E.Rufullayev ötən il etdiyi həmin paylaşımında qeyd edib: "Bu gün işdə növbəyə gedərkən başıma daha öncə heç qarşılaşmadığım qəribə bir hadisə gəldi. Sizin də başınıza belə olay gələrsə, hazırlıqlı olun deyə bunu sizinlə paylaşım dedim.
Qeyd edək ki, həkimin öldüyü qəza Qaziosmanpaşanın Küçükköy adlanan hissəsində baş verib. Xəstəxanaya çatdırılan həkimin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılıb və daha sonra sərbəst buraxılıb. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.
E.Rufullayev ailəli, 1 uşaq atası olub."Qafqazinfo”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar