Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Baş Prokurorluqdan Əvəz Zeynallı AÇIQLAMASI

Tarix: 08-09-2022 09:40     Baxış: 3349 A- / A+
Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Baş Prokurorluqdan  bildirilib ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, "Haqqın.az" saytının baş redaktoru, Əməkdar jurnalist Eynulla Fətullayev "Xural TV"nin rəhbəri Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb. Bu barədə feysbuk hesabında paylaşım edən E. Fətullayev jurnalist Əvəz Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib.
E. Fətullayev bununla bağlı səs yazısını sosial şəbəkə hesabında ictimailəşdirib.
"Əvəz Zeynallı şantaj və hədə-qorxu yolu ilə uzun müddət ərzində "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri, biznesmen Rasim Məmmədovu "tənqidlə" təhdid edərək, iş adamının yaxınlarından 20 min manat pul alıb, sonra şərti pozub, 7 sentyabr tarixli verilişində Rasim Məmmədovu "metallurgiya sənayesinin qatili" adlandırıb. Sövdələşmənin pozulmasına etiraz etmiş iş adamının yaxınları pulu geri tələb edib", - paylaşımda qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar