Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynada döyüşən azərbaycanlı qadınlar - ŞƏKİLLƏR

Tarix: 07-09-2022 11:52     Baxış: 3266 A- / A+


Ukraynada döyüşən azərbaycanlı qadınlar - FOTOLAR
Ukraynada 6 aydan çoxdur ki, davam edən müharibədə iştirak edənlər arasında azərbaycanlı qadınlar da var.
Manevr.az xəbər verir ki, soydaşlarımız Ukraynanın müdafiəsi üçün ön və arxa cəbhədə fəal şəkildə mübarizə aparırlar. 
Azərbaycanlı qadınlar döyüşlərdə həm əsgərlərə kömək edir, həm də tibb işləri ilə məşğul olurlar. Rusiya ordusuna qarşı döyüşlərdə iştirak edən qadınlarımızın sayı təxminən 5 nəfərdir. 
Onların arasında Leyla və Dərya adlı azərbaycanlı bacıları qeyd edə bilərik. Onlar hazırda döyüş bölgəsində tibb bacısı kimi xidmət göstərirlər.

Kiyevdə yaşayan Leyla Muxtarova və Dərya Hüseynova müaharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıb. Tibb təhsili almış bacılar döyüşdə yaralanmış hərbçilərə və mülki sakinlərə yardım edərək, onlarla insanın həyatını xilas ediblər. 

Leyla və Dərya bacıları müharibə başlayanda övladlarını Azərbayacana aparıb, daha sonra özləri geri qayıdaraq döyüşə qoşulublar. Hazırda müharibənin ən gərgin nöqtələrində xidmətlərinə davam edirlər.
Leyla Muxtarova və Dərya Hüseynova 1992-1993-cü illər AXC hakimiyyəti dövründə Bakının Nizami rayonunun icra başçısı olmuş Xaqani Hüseynlinin qızlarıdır.

Xaqani Hüseynli, Ukraynadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. O, 2015-ci il iyunun 19-na keçən gecə infarktdan vəfat edib və Ukraynada dəfn olunub.
Ukraynada döyüşdə iştirak edən digər qadın soydaşlarımız təhlükəsizliklə əlaqədar adlarının açıqlanmasını istəmirlər./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar