Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rasilə Arifqızının barəsində qətimkan tədbiri seçildi

Tarix: 06-09-2022 14:42     Baxış: 4277 A- / A+

Lənkəranda İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Manevr.az
xəbər verir ki, Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında iş üzrə ilkin dinləmələr keçirilib.

Prosesdə istintaqın gedişi zamanı təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barəsində qətimkan tədbiri seçildiyi elan olunub. Dövlət ittihamçısı seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını bildirərək işin baxışa təyin olunmasını istəyib.

Məhkəmə prokurorun vəsatətini təmin edib.
Baxış iclası sentyabrın 12-ə təyin olunub.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

Lənkəran Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, istintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar