Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kişilər niyə qadın paltarlarına maraq göstərirlər? - SƏBƏBİ AÇIQLANDI

Tarix: 05-09-2022 19:22     Baxış: 3274 A- / A+


Kişilər niyə qadın paltarlarına maraq göstərirlər? -  SƏBƏBİ AÇIQLANDI
“Pandemiyadan sonra kişilər əylənmək üçün qadın paltarı geyinirlər” .
Xarici KİV-lər xəbər verir ki, bunu britaniyalı stilist Miranda Holder deyib. 
Məşhur stilist kişilərin qadın geyimlərinə olan həvəsini həyatın bütün sahələrində bir çox qayda və qadağalardan yorğunluqla izah edib. 

Mütəxəssisin fikrincə, moda həmişə insanların dünyadakı müəyyən dəyişikliklərlə formalaşan əhval-ruhiyyəsini əks etdirir:
“Dizaynerlər həmişə gender-neytral geyimlərlə maraqlanırdılar, lakin bu gün biz yeni post-pandemiya dövrünə qədəm qoyduq. Anı yaşayırıq, həqiqətən bəyəndiyimizi geyinirik. Moda dünyası da kişilər üçün yeni oyun meydançasına çevrilib!”
Holder qeyd edib ki, son illər tanınmış sənət adamları formal kostyumlardan imtina edərək qadın qarderobuna üstünlük verirlər. Onun fikrincə, sənət və mədəniyyət xadimləri başqalarının və mətbuatın onların görünüşünə reaksiyasından narahat olmaqdan əl çəkib, öz zövqləri üçün geyinməyə başlayıblar:
"Bu, həm qırmızı xalçada, həm də gündəlik həyatda özünü ifadə etməyin mükəmməl yoludur" 
İyul ayında amerikalı aktyor Bred Pitt yubkada görünməsini həmin gün Berlində 35 dərəcəyə çatan istidən qorunmaq üçün "Güllədən daha sürətli" filminin premyerasına bağlayıb.
2021-ci ilin sentyabrında məşhur müğənni və blogger Troy Sivan Nyu-Yorkda keçirilən illik Met Gala mərasiminə ənənəvi qadın geyimində qatılıb. 26 yaşlı pop ifaçısı “Altu” brendinin qayışlı və dərin dekolteli libası ilə çıxıb.
İctimai tədbirlərdə qadın obrazlarını sınayan digər məşhur simalar arasında aktyorlar Cerard Butler, Billy Porter, dizayner Mark Jacobs, müğənnilər Jared Leto və Harry Styles var.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar