Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlət Xidməti bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

Tarix: 05-09-2022 15:55     Baxış: 4282 A- / A+
Dövlət Xidməti bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlara xəbərdarlıq edib.
 
Bu barədə qurumdan bildirilib.
Dövlət Xidməti bəyan edib ki, sosial şəbəkələrdə bəzi fiziki və hüquqi şəxslər uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatı və mənşə sertifikatı verilməsi xidmətləri təklif edir: "Bu cür təkliflərlə üzləşən sahibkarları diqqətli olmağa çağırır, həmin şəxslərin xidmətlərindən istifadə etməməyi tövsiyə edir, bu cür aktlarla rastlaşan sahibkarlardan bizə məlumat verməyi xahiş edirik. Mənşə sertifikatlarının və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının verilməsi yalnız Dövlət Xidmətinin səlahiyyətindədir. Sahibkarlıq subyektləri mənşə sertifikatlarını elektron qaydada İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə (//e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) linkə keçid edərək ala bilər. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyadan keçmək istəyən qurumlar isə Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət etməlidir. Sahibkarlıq subyektləri uyğunluq sertifikatlarını vermək səlahiyyəti olan qurumların siyahısı barədə məlumatları Mərkəzin internet səhifəsindən (//accreditation.gov.az/az/database/certification-organization) əldə edə bilərlər. Qeyd olunan faktlarla bağlı isə araşdırmalar aparılır və qanunsuz xidmətləri təklif edən şəxslərə qarşı qanunamüvafiq tədbirlər görülür".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar