Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türk dünyasının birliyində azərbaycançılıq ideyasının rolu adlı layihənin icrasına başlanılıb

Tarix: 02-09-2022 17:21     Baxış: 3264 A- / A+


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Türk dünyasının birliyində azərbaycançılıq ideyasının rolu” adlı layihənin icrasına start verilib.
“Türk Dünyası İnfo” İctimai Birliyindən Manevr.az-a bildirilib ki, 2 ay müddətinə icra olunacaq layihə çərçivəsində azərbaycançılıq ideyasının bugünün və sabahın ən əsas dövlətçilik ideologiyalarından biri olmaqla, xalqın milli ruhuna, ədəbiyyatına, dilinə, adət-ənənəsinə, vətənpərvərlik duyğularına təsirləri, Türk dünyasının birliyinə töhfələri araşdırılacaq. Layihənin əsas məqsədi Dünya azərbaycanlılarının Şuşa şəhərində keçirilən V qurultayında qaldırılan taleyüklü məsələlər timsalında azərbaycanlıların, ümumən türklərin ölkəmizdə və eləcə də dünyada milli birlik, mədəniyyət, vətənpərvərlik sahəsində fəaliyyətlərinə nəzərən Türk dünyası ədəbiyyatının, mədəniyyətinin təbliği, milli maraqlarımızın qorunması istiqamətində dövlətimizin apardığı  davamlı və sistemli siyasətin həyata keçirilməsində ictimai birlik olaraq iştirak etməkdir. Layihə üzrə nəzərdə tutulan işlər Bakı şəhərində həyata keçiriləcəkdir.
Birliyin sədri Dəyanət Osmanlı layihənin aktulallığı və ictimai əhəmiyyəti barədə bildirib ki, azərbaycançılıq ideyasının həyatda gerçək nəticələri Dünya azərbaycanlılarının ilk qurultayından başlamış, 2022-ci ildə Şuşa şəhərində keçirilən Zəfər Qurultayında böyük çoşqu ilə qeyd edilmişdir. Azərbaycançılıq ideyasının  daimi aktual olan tələbi ondan ibarətdir ki, hər bir azərbaycanlının ictimai əhəmiyyətli məsələlərin, milli-tarixi gələnəklərimizin, vətənpərvərlik tariximizin, o cümlədən ədəbi-mədəni nümunələrimizin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə bu gün də ehtiyac vardır. Azərbaycan, istərsə də bütün Türk dünyasının birliyi istiqamətində görülən böyük miqyaslı işlərin, ədəbiyyata, mədəniyyətə qayğısının gənc nəslə, ümumən ictimaiyyətə çatdırılması daim aktual olan ictimai təlabatdır. Bu mənada, layihə Azərbaycan xalqının və Türk dünyasının birliyində, ümumən dünya azərbaycanlılarının taleyində mühüm əhəmiyyət daşıyan Azərbaycançılıq ideyasının xalqımızın şüurunda, həmrəyliyində, ədəbi düşüncəsində möhkəm yer tutması, dövlət ideologiyasına çevrilməsi prosesinin öyrənilməsi, araşdırılması və ədəbiyyat vasitəsilə təbliği  məsələlərinə həsr olunmuşdur. 
Məlum olduğu kimi Türk dünyası ədəbiyyatında Azərbaycana, Qarabağa, eləcə də türkçülüyə, xalqlarımızın qardaşlığına, milli-mənəvi dəyərlərinə xeyli əsərlər yazılmışdır. Bu layihə çərçivəsində o əsərlərin də ortaq ədəbiyyatımızın nümunələri kimi toplayaraq “Türk Dünyasında Azərbaycan” adlı poeziya antologiyası nəşr etməyi və təqdimat mərasimi keçirməyi nəzərdə tutmuşuq. Antologiyanın təqdimatı vasitəsi ilə yazarlarla oxucular arasında faydalı tanıtım səpkili əməkdaşlıq qurulacaq, Türk dünyası ədəbiyyatının tanınmış nümayəndələrinin təbliği işi sistemli xarakter almış olacaq. Nəticə olaraq müasir yazarlara, kitabxana və elmi dairələrə maarifləndirici təbliğat məqsədi ilə azərbaycançılıq, türkçülük, mlli həmrəylik mövzusunda 1 kitabda toplanmış baza xarakterli seçmə şeirlər təqdim ediləcək.


“Türk Dünyası İnfo” İB

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar