Xəbər lenti
Ötən il narkomanların sayı 2 dəfədən çox artıb - Dəhşətli STATİSTİKA
2021-ci ilin yekunlarına əsasən, Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan narkomaniya və toksikomaniya ilə xəstələnənlərin sayı 2,1 dəfə artaraq 5 964 nəfərə yüksəlib.
Manevr.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə ilk dəfə xəstələnənlərin sayı 2 845 idi. Ötən bir il ərzində ilk dəfə xəstələnənlərin sayı 3 119 nəfər artıb.
Müqayisə üçün bildirək ki, bu göstərici 2005-ci ildə 1 500 nəfər, 2015-ci ildə 2 030 nəfər idi.
Son illərdə ölkəmizdə əhalinin narkomaniya və toksikomaniya ilə xəstələnməsi göstəricilərində pisləşmə müşahidə edilir. İlk dəfə qoyulan diaqnoz üzrə hər 100 000 nəfərə düşən narkomanların sayı 2005-ci ildə 15,5 olduğu halda, ötən il 59,5 nəfərə yüksəlib. Nakomanların sayının artması müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin ümumi sayının artmasına da səbəb olub. Müalicə alan narkomanların sayı 2005-ci ildə 17 838 nəfər olduğu halda, 2021-ci ildə 35 232 nəfərə çatıb./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar