Xəbər lenti
""TEKNOFEST Azərbaycan"da da ən az Türkiyədə olduğu qədər coşqu var idi"
"Hər kəsə məlum olduğu kimi, bu il "TEKNOFEST"i ilk dəfə Türkiyənin sərhədlərindən kənarda, can Azərbaycanda keçirdik. Orada da ən az burada olduğu qədər coşqu var idi.
"TEKNOFEST"in əsas hədəfi bunun kimi işlərimizi cəmiyyətin hər fərdinə qəbul etdirməkdir. Gənclərimiz də bu işləri davam etdirərək ölkələrimizin müdafiə sahəsi üzrə tam müstəqilliyinə nail olmalıdırlar. Biz bir-bərabər olsaq və öz texnologiyalarımızı inkişaf etdirsək heç kim bizə yan gözlə baxa bilməz".
Bu fikirləri Türkiyədə "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktar söyləyib.
Türkiyənin müdafiə sənayesi üzrə istehsal planına daxil olan, Döyüş Pilotsuz Təyyarə Sistemi (MİUS) "Qızıl alma"nın Türkiyənin ilk pilotsuz hərbi təyyarəsi olacağını bildirən Selçuk Bayraktar deyib: "2023-cü ildə təyyarəmizin ilk uçuşunu həyata keçirəcəyik. "TEKNOFEST"də nümayiş olunan təyyarə də uçuşa hazırladığımız bu hava vasitələrindən biridir.
"TEKNOFEST"dən sonra təyyarəmizin təkmilləşdirilməsi işlərini ciddi bir şəkildə davam etdirəcəyik. Ölkələrimizin, millətimizin tam müstəqil bir şəklə gətirilməsi baxımından bu təyyarələr gələcəyin aviasiya sektoruna möhür vuracaq". AzərTAc
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar