Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ali Məhkəmənin rəhbəri vəzifəsinə təyin edilmiş hakim cəmi 74 gün vəzifəsində qalacaq -SƏBƏB

Tarix: 27-08-2022 21:51     Baxış: 4303 A- / A+
 Hindistanın Ali Məhkəməsinin sədri kimi and içən hakim vəzifəsində cəmi 74 gün qalacaq.

Manevr.az musavat.com istinadən xəbər verir ki, Uday Umeş Lalit adlı hakim belə bir yüksək vəzifəyə təyin olunmasına rəğmən yaş səbəbindən noyabrda təqaüdə çıxmalı olacaq.

Hindistan konstitusiyasına görə, Ali Məhkəmənin hakimləri 65 yaşında təqaüdə çıxmalıdırlar. Baş hakim stajına uyğun olaraq prezident tərəfindən təyin edilir. Bu ayın əvvəlində Lalitin sələfi N.V. Ramana 65 yaşın hakimin təqaüdə çıxması üçün çox tez olduğunu söyləyib.

Hindistanın Milli Məhkəmə Məlumatları Şəbəkəsinin hesablamalarına görə, ölkə məhkəmələrində baxılmağı gözləyən təxminən 45 milyon iş var. İşlərə ləng baxılması əsasən hakim çatışmazlığı ilə bağlıdır: aşağı instansiya məhkəmələrində 5000-ə yaxın, yuxarı instansiyaların hakimləri üçün isə 400 vakant yer olduğu bildirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar