Xəbər lenti
Azərbaycanda baş vermiş yanğınların peyk vasitəsi ilə monitorinqinin nəticələri açıqlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") “Azersky” peyki vasitəsilə bu ay ölkədə baş vermiş yanğınları gündəlik monitorinq edib.
Manevr.az quruma istinadən xəbər verir ki, əldə olunmuş təsvirlər vasitəsilə yanğının yayıldığı ərazilər müəyyən edilib, həmin ərazilərin meşə, kolluq, otlaq və əkin sahələri üzrə təsnifatı aparılıb, ümumi sahəsi hesablanıb.
“Azersky” peyki ölkə ərazisinin gündəlik monitorinqini həyata keçirir və bu, yanğınların təkcə fəsadlarını deyil, həm də dinamikasını izləməyə imkan verir. Peyk təsvirlərinin analizi əsasında bitki örtüyünün vəziyyəti barədə dəqiq məlumatlar əldə olunur, yanğın baş vermiş ərazilərdə ağacların çətirlərinin yanıb-yanmaması müəyyən edilir. Peyk təsvirlərindən yanğın nəticəsində maddi və ekoloji cəhətdən dəymiş zərərin qiymətləndirilməsində də istifadə oluna bilər.
“Azersky” peykinin resurslarından ölkəmizdə müxtəlif sahələrdə – kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə hallar, hasilat sənayesi, meliorasiya, su təsərrüfatı, nəqliyyat və yol infrastrukturu, turizm, xəritəçəkmə, şəhərsalma, dövlət əmlakının idarə olunması və kadastr işlərində istifadə olunur", - deyə məlumatda qeyd olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar