Xəbər lenti
FHN qazilərə psixoloji yardım üçün Türkiyədən daha 20 mütəxəssis dəvət edib
"Fövqəladə Hallar Nazirliyi tərəfindən qazi və şəhid ailələrinin üzvlərinə psixoloji yardım davam etdiriləcək".
Manevr.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında FHN-nin şöbə rəisi Xanım Sofiyeva deyib.
O bildirib ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından gəlmiş peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib:
"Bunun davamı olaraq, 5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə qardaş Türkiyə Respublikasından yenidən 20 nəfərdən artıq peşəkar psixoloq ölkəmizdə olacaq. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər".
Şöbə rəisi, həmçinin qeyd edib ki, Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
X.Sofiyeva onu da əlavə edib ki, pandemiyanın ilk günlərindən Fövqəladə Hallar Nazirliyi tərəfindən xəstəlikdən əziyyət çəkən vətəndaşlara psixoloji dəstək göstərilib.
"Müharibədən az bir vaxt keçdikdən sonra qazilərə, şəhid ailələrinə, terrordan ziyan görən vətəndaşlara yardım göstərilib. FHN tərəfindən müharibədən dərhal sonra geniş miqyaslı layihə başladı. Qardaş Türkiyədən klinik psixoloqlar dəvət edildi.
Bu layihə 2021-ci il avqust ayına qədər davam edib. 2000 vətəndaşa 4 min dən çox psixoloji seans keçirilib".
Xanım Sofiyeva qeyd edib ki, bu il sentyabrın 5-dən sonra yenidən bu layihə davam etdiriləcək:
"6 şəhərdə eyni vaxtda bu layihə icra olunacaq. Nazirliyin psixoloqları ilə yanaşı Türkiyədən dəvət olunan psixoloqlar dəvət olunub. Qəbula yazılmaq istəyənlər FHN-in 112 qaynar xəttinə zəng edərək qəbula yazıla bilərlər. Xidmət ödənişsizdir".apa
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar