Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer məlum olub.
Manevr.az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, sənətçi Kaliforniyanın "Valley Oaks Memorial Park" məzarlığında dəfn ediləcək.
Dəfn mərasimi sentyabrın 6-da yerli vaxtla saat 11:00-12:00-da keçiriləcək.
Qeyd edək ki, bu məzarlıqda məşhur iranlı musiqiçi Şəhram Kaşani, amerikalı aktrisa Celeste Yarnall, aktyor-prodüser Vilyam Fips və s. tanınmış şəxslər dəfn edilib.
F. Rəhimbəyova 1958-ci ilin 5 avqust tarixində Bakıda anadan olub. "Bəxt üzüyü" filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü - 2" filmində yenidən Sevda roluna çəkilib.
Xəbər lenti
Firəngiz Rəhimbəyova ölümündən 22 gün sonra burada dəfn ediləcək - ŞƏKİL

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar



































