Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs arvadına görə istefa verdi - ŞƏKİL

Tarix: 23-08-2022 14:33     Baxış: 3340 A- / A+

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini işdən çıxıb.
Manevr.az-ın lent.az-a istinadən məlumatına görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Famil İsayev Lənkəranda yaşamaq imkanına malik olmadığı üçün vəzifəsindən imtina edib. 
Lənkəran-Astara Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər. 
Bildirilib ki, Famil İsayevin vəzifəsindən imtina etməsi həyat yoldaşının səhhəti ilə əlaqəlidir:
“Onun həyat yoldaşının səhhətində problemlər var idi. İş yerinin yerləşdiyi ərazinin iqlimi yoldaşının xəstəliyinə uyğun olmadığı üçün ərizə yazaraq vəzifəsindən imtina edib”.
Xatırladaq ki, Famil İsayev bu ilin mayın 30-u Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub. 
Famil Kamal oğlu İsayev 2004-cu ildə Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə isə Ekologiya ixtisası üzrə magistr pilləsini bitirib.
O, peşəkar fəaliyyəti dövründə coğrafiya müəllimi, özəl təhsil sektorunda idarəçi, fənn metodisti, təlimçi, müxtəlif layihələrin rəhbəri və Təhsil İnstitutunun coğrafiya fənni üzrə vebinarının spikeri olub. Eyni zamanda ixtisası üzrə müxtəlif dərs vəsaitlərinin müəllifi və həmmüəllifidir. Qeyd edək ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi yaradılıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar