Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Sentyabrda karantin sərtləşdiriləcək? - TƏBİB-dən AÇIQLAMA

Tarix: 22-08-2022 13:11     Baxış: 4228 A- / A+
Son günlər koronavirusa yoluxma hallarının artması fonunda karantin rejiminin sərtləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. İddia olunur ki, payızda yoluxma kəskin artacaq, bu səbəbdən gələn aydan - sentyabrdan etibarən sərt karantin qaydalarının tətbiqinə start veriləcək. 
 
İndiki durumda qapanmaların olması real görünürmü?
 
Manevr.az-ın xəbərinə görə, bu barədə Modern.az-a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib ki, yoluxma hallarının sayında artım göz qabağındadır. Payıza doğru getdikcə yoluxmaların artması ehtimalı yüksəkdir. Lakin həkim hesab edir ki, virusa yoluxanların sayının çox olması, qapanmalara əsas vermir.
 
“Hazırda istər maska, istərsə də əlavə vaksin qəbul olunması könüllüdür. Yəni tövsiyə xarakterlidir. Hər bir insana könüllü şəkildə qapalı və insanların çox olduğu məkanlarda xəstəliyin yayılmasının qarşısını almaq üçün maskadan istifadəni tövsiyə edirik. Əgər vaksinin qəbulundan 6 ay keçibsə, hər bir şəxs könüllü olaraq, təkrar vaksin qəbul edə bilər. Bunların məcburi olmasına isə əvvəlki günləri analiz etməklə qərar vermək olar. Təbii ki, qaydalar Opertiv Qərargah tərəfindən müəyyənləşdirilir. Ancaq yoluxma hallarının artması qapanmalar və məhdudiyyətlər üçün əsas vermir. Yoluxma halları artıq bir müddətdir ki, artır. Ancaq əvvəlki dalğalarla müqayisədə xəstəxanalara yerləşdirilənlərin sayı çox deyil. İnsanlar xəstəliyi ev şəraitində, yüngül formada keçirdiyinə görə, əlavə məhdudiyyətlərin tətbiq edilməsini real saymıram. Ancaq önümüzdəki günlərdə yoluxmaların sayı və xəstəliyin ağırlıq dərəcəsi artarsa, bəzi məhdudiyyətlər bərpa edilə bilər”, - deyə TƏBİB nümayəndəsi vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar