Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

Şabranın bəzi kəndlərində yanğınlar söndürülüb - ŞƏKİL

Tarix: 20-08-2022 10:43     Baxış: 4300 A- / A+


Şabran rayonunun Zeyvə kəndində baş vermiş yanğın söndürülüb.
Manevr.az xəbər verir ki, bu barədə Report-a Zeyvə kənd icra nümayəndəsi Cavid Məmmədov məlumat verib.

Onun sözlərinə görə, kənd ərazində təxminən 100 hektara yaxın meşə massivi, kol-kos yanıb:
"Evlərə ziyan dəyməyib. Yalnız meşə ərazilərinə ciddi ziyan dəyib. Həmin ərazilər də ötən gecə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb".
C.Məmmədov söyləyib ki, ötən gecədən kənd ərazisində elektrik təchizatı bərpa edilib:
"Bu gün isə qaz təchizatı bərpa olunacaq".
İcra nümayəndəsi bildirib ki, rayonun Pirəbədil, Sumağava, Sumağava Qazma Zöhramı kəndlərində baş verən yanğınlar da söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin ərazidə olan əməkdaşları isə deyib ki, Şabran rayonunda baş verən yanğınların çox hissəsi söndürülüb, yalnız Çuxurazəmi kəndindəki meşə massivində tədbirlər davam edir.
Qeyd edək ki, Şabran rayonu ərazisində yanğınlar avqustun 15-dən etibarən başlayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar