Xəbər lenti
Bu bölgəmizdə 80-ə yaxın direktorsuz məktəb var
Manevr.az xəbər verir ki, bunu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov cənub regionunda çalışan media nümayəndələri ilə görüşündə bildirib.
Elxan Nəcəfov qeyd edib ki, 20-dən çox orta məktəbə direktor təyin olunacaq:
"Direktoru olmayan məktəblərin sayı digər regionlara nisbətən Lənkəran-Astara Regional Təhsil İdarəsində daha çoxur. Bu problemin qismən aradan qaldırılması üçün yeni rəhbər təyinatları olacaq. 500-ə qədər şagird sayı olan məktəblərdə 54 vakansiya var. Ümumilikdə bu say 80-dən artıqdır. Nazirliyin keçirdiyi müsabiqənin nəticələrinə görə boş yerlərin minimum yarısına direktorlar təyin olunacaq. Qışa qədər daha bir müsabiqə nəzərdə tutulub ki, bu da qalan məktəblərdə problemin həllinə imkan yaradacaq.
"O cümlədən inşasına, yaxud əsaslı təmirə ehtiyacı olan təhsil müəssisələri, kadr peşəkarlığının daha da artırılması, ixtisaslı müəllim çatışmazlığı, məktəblərdə psixoloqların az olması, məktəblərin maddi-texniki təminatında, internet resurslarının tam təmin olunmaması, informatika tədrisindəki boşluqlar, eləcə də məktəbəqədər təhsil müəssisələrindəki neqativ hallar və s. Bu məsələlərin hər biri diqqətimizdədir və müsbət istiqamətdə dəyişikliklərin olması üçün çalışırıq. Bu il ölkə üzrə regional idarələr içərisində ən çox təmir-tikinti işləri bizdə aparılır. 26 modul tipli məktəb tikiləcək. Ümumilikdə 35 məktəbdə isə təmir-tikinti işləri görülür"./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar