Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

Qalmaqallı iş adamı "Bizim market"i satdı

Tarix: 18-08-2022 07:44     Baxış: 4279 A- / A+
"Bizim Market” mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bütün biznesini satır.

Manevr.az bakupost.az-a istinadən verdiyi məlumata görə, artıq “Bizim Market MMC” satılıb. Şirkəti Promart MMC alıb.

Babəkdə yerləşən “Maşın bazarı” isə yaxın günlərdə satışa çıxarılacaq.

R.Salmanov 1000-dən çox daşınmaz əmlakın sahibidir. İş adamının bütün əmlakını əldən çıxarmaq istədiyi bildirilir. Onun ölkəni tərk etməyə hazırlaşdığı ehtimal edilir.

Xatırladaq ki, R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.

Qalmaqallı iş adamı baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyevdən şikayətçi olaraq onları həbs etdirmişdi. Onlar “Bizim market”lərin dövriyyəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edilirdi.

2019-cu ildə R.Salmanovun ölüm xəbəri yayılmış, daha sonra bunun doğru olmadığı anlaşılmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar