Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat FHN-dən yayılan intim videodan danışdı: “Onu çəkən də, yayan da...”

Tarix: 17-08-2022 21:41     Baxış: 4232 A- / A+
 
“Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının videosunu yayanların hamısını şiddətlə qınayıram. Amma, bunu çəkənlər və sifariş verənlər, sonra mətbuata ötürənlər isə o dünyada cavab verməli olacaqlar. 

Minlərlə insan nə qədər amansız, ev yıxan, baş kəsən və özgə işinə burnunu soxan olub. Ayıbdır, Vallah. Baxış qazanmaq, bəyənmə qazanmaq üçün yarışa çıxıblar, xeyli insan və digər ictimai-siyasi marağı olanlar da bunu dövlətə qarşı qoyur. Bu nədir, a kişi! Belə şey olar? İnstaqram, YouTube, Tiktok, Facebook və s”.

Bunu Milli Məclisin deputatı Razi Nurullayev Fövqəladə Hallar Nazirliyinin iki rütbəli əməkdaşının sevişmə görüntülərini əks etdirən videonun yayılmasından danışarkən deyib.

Onun sözlərinə görə, özünün bundan da artıq pis əməlləri olanlar da olay barədə yazır və paylaşım edir: “Utanın! Bu videonu çəkənləri və mətbuata ötürənlər isə şiddətlə qınayın”.

Deputat bildirib ki, hazırda ölkədə bu tip məsələlərdən də ağır və müzakirə olunası vacib məsələlər var.

“Böyük iş olub, iki nəfər "qucaqlaşıb". Bilmədən, agah olmadan paylaşırlar. Bəlkə sizlər paylaşmaqla onların və yaxınlarının həyatına ciddi təhlükə törətmiş olursunuz!? O qadını, o kişini, onların yaxınlarını düşünün.

Bədxah adamların qurduğu tora düşüb, özünüz də bilmədən düşmənllərin dəyirmanına su tökməyin”, - R.Nurullayev bildirib.

Xatırladaq ki, dünən sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin biri qadın digəri kişi olmaqla iki zabitinin intim görüntüləri əks olunmuş video yayılıb. Video 2014-cü ildə lentə alınıb. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar