Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

FHN-də çəkilən intim videolarla bağlı Baş prokurora MÜRACİƏT OLUNDU

Tarix: 16-08-2022 19:50     Baxış: 5238 A- / A+

“Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının sədri Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Baş Prokurorluğa müraciət edib.

Manevr.az-ın məlumatına görə, Mehriban Zeynalova deyib ki, müraciət son iki gündə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin binasında çəkilmiş və özündə intim görüntüləri əks etdirən videoların yayılması ilə bağlıdır.

"“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 4-cü və 11-ci maddələrində seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi nəzərdə tutulur. Hazırda sosial şəbəkələrdə, geniş şəkildə paylaşılan videomateriallara əsasən baş vermiş hadisənin qeyd edilən qanunun maddələrinə müvafiq olaraq iş yerində seksual qısnama kimi qiymətləndirilməsini xahiş edirəm. Bu cür hallar qadınların iştirkaçılığına böyük zərbədir və belə hadisələrin ciddi araşdırılması və günahkarların cəzalanmasını sizdən xahiş edirəm”, - deyə Mehriban Zeynalova sözügedən müraciətində bildirib.
 
O qeyd edib ki, törədilən hadisədə cinayət əlamətləri var və bunu prokurorluq orqanı daha düzgün qiymətləndirə bilər.

"Hadisə ilə bağlı çoxfikirliliyə rəgmən deyə bilərəm ki, adam vəzifə səlahiyyətindən sui-istifadə edib... Tutaq ki, qadınlar özləri intim münasibətə maraqlı olub... Bəs o adam bilmirdi ki, səlahiyyətləri ona hər hansı qeyri-etik hərəkətə yol verməmək öhdəliyi qoyur?!".

M.Zeynalova bildirib ki, bu hadisələr cəmiyyətdə izsiz qalmır: "Bacarığı, biliyi ilə cəmiyyətə xeyr verə biləcək qadınların qarşısına böyük səddin çəkilməsinin izlərini görürəm. Bunu isə qətiyyən istəmirəm və belə halları pisləyirəm!".

Qeyd edək ki, son iki gündə sosial şəbəkələrdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində çəkildiyi bildirilən bir neçə video yayılıb. Həmin videolardakı görüntülərlə bağlı şərhlərdə bildirilir ki, Xidmət rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev özünün iş kabinetində qurumun ayrı-ayrı xanım əməkdaşı ilə intim münasibətdə olub və proses onun özü tərəfindən əvvəlcədən quraşdırılmış kamera ilə lentə alınıb.

Videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. (modern.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar