Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq deputat: “Laza camaatı haqqını tələb edir”

Tarix: 16-08-2022 15:29     Baxış: 3228 A- / A+

Qəbələnin Laza kəndində yerli sakinlərin yolu bağlayaraq turistləri kəndə buraxmamasına sabiq deputat, iqtisadçı Nazim Baydəmirli də rəy bildirib.

Manevr.az demokrat-a istinadla xəbər verir ki, ekspert açıqlamasında deyib: "Əslində, kəndlərin bələdiyyələri özlərini idarə etmiş olsaydılar, yerli idarəçilik özünü idarəetmə institutları yaranmış olsaydı və gələn turistlərdən kəndin büdcəsinə, kəndin infrastrukturuna müsbət dəyişiklik olmuş olsaydı, belə hallar da baş verməzdi.
Eyni zamanda, yerli özünü idarəetmə orqanları avtomobillər üçün duracaq və infrastrukturu daha da yaxşılaşdırmaq üçün addımlar ata bilərdilər. Buna görə, kənd camaatının bu qaldırdığı problem əslində vacib problemlərdən biridir, ictimai diqqəti problemə yönəltməkdir. Çünki hər bir bölgəmizdə yerli məmurların ictimai yerləri, meşələri və digər bulaqların üzərini zəbt etməsi, orada istirahət mərkəzləri yaratması və bununla da, yerli camaatın fəaliyyətinə mənfi təsir göstərməkləri göz önündədir.
Bu, təkcə Qəbələyə aid deyil. Elə bizim istirahət etdiyimiz hazırda kəndimizdə gəldiyimiz ictimai yerlərdə bulaqların başı tutulub. Antisanitariya mövcuddur, meşələrin yaxşı yerləri zəbt olunub. Yəni, bu addımbaşı var. Təbii ki, bundan yararlanan yerli icra hakimiyyəti orqanlarıdır, hansı ki, rüşvət müqabilində bunları həyata keçirirlər. Ona görə, Laza camaatının etirazını anlayışla qarşılayıram, haqqlarını tələb edirlər”. 
Sabiq deputat qeyd edib ki, turist yerlərinə, maraqlı yerlərə getmək də Azərbaycan vətəndaşlarının hüququdur:
“Azərbaycanda avtomobillə müəyyən mərkəzlərə girmək qadağandır. Misal üçün Lahıcın mərkəzi hissəsi qoruq elan edilib, ora giriş qadağandır. Həmçinin, Bakıda İçərişəhər qoruq elan olunub, yəni ora da giriş qadağandır.  Kimə nə lazımdırsa, nə faydalıdırsa icra hakimiyyəti orqanları bunu həll edə bilirlər, həmin an göstəriş verə bilirlər. Ancaq dediyimi, kimi vətəndaşların yaşadığı yerlərdə onların həyatının necə qurulması, kənd icmasının necə fəaliyyət göstərməsi, məhz onların öz ixtiyarında olmalıdır, ən azı göstərişlə olmamalıdır.
Çox təəssüf ki, Azərbaycanda yerli icra hakimiyyəti orqanları bələdiyyələrin səlahiyyətlərini mənimsəyiblər. Əslində problemin kökü seçki institunun olmamasıdır. İnsanların seçilmiş və ya təyin olunmuş “rəhbərlərə” etibarlarının olmamasıdır. Onların ictimai maraqları qurmaması haqqında formalaşmış fikirdir. Çünki belə şəxslər, seçilmiş “deputatlar” olsun, yaxud “bələdiyyələr” olsun seçkilərin marağını qorumurlar, ancaq öz şəxsi maraqlarını güdürlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar