Xəbər lenti
İntim kadrlar, iki min manatlıq cəza, şərəf məhkəməsi: Nazirlik əməkdaşının 8 il sonra yayılan videosu - ŞƏKİL

Ötən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşının sosial şəbəkələrdə intim görüntüləri yayıldı. Məlumata görə, həmin şəxs Yanğından Mühafizə Xidmətinin rəis müavini Zaur Mirzəyevdir. Sözügedən şəxsin iş vaxtı xidməti otağında qurumun fərqli xanım əməkdaşları ilə cinsi münasibətdə olması və bunları gizli şəkildə lentə alması böyük rezonans doğurdu.
Məsələ ilə bağlı Oxu.Az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu belə görüntülərin sosial şəbəkələrdə yayılmasının qəti əleyhinə olduğunu vurğulayıb:

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov səkkiz il əvvələ aid olan görüntülərin birdən-birə yayılmasının maraq doğuran bir məqam olduğunu deyib:

Psixoloq Aidə Nəbiyeva isə vəzifəsindən istifadə edərək çalışdığı qurumun xanım əməkdaşlarını bu cür əməllərə məcbur edən şəxslərin psixoloji durumundan söz açıb:

Hüquqşünas Turan Abdullazadə isə prosesin hüquqi tərəfini izah edib. O bildirib ki, belə hallarda xanımın könüllü olub-olmaması aparıcı rol oynayır:
“Videolardan sadəcə birinə baxmışam, həmin videoda da qadın könülsüz görünmürdü. Doğrudur, burada etik davranış qaydalarına zidd hərəkət var, amma əgər videonun çəkilməsindən qadının xəbəri olubsa, hər hansı cinayət məsuliyyətindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunu var. Həmin qanunun 10-cu maddəsində qeyd olunur ki, FHN əməkdaşlarının yerinə yetirməli olduğu vəzifələrdən biri də işçilərin işini çətinləşdirən, yaxud onların nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməkdir. Digər bir vəzifələri isə etik davranış və intizam qaydalarına əməl etməkdir.

Hüquqşünas xanımların qanunsuz əmri icra etməmək kimi bir seçimlərinin olduğunu da qeyd edib:
“Xanımlar da FHN əməkdaşı olublar, buna uyğun hərəkət etməliydilər. Cinayət Məcəlləsinin 40-cı maddəsində qeyd olunur ki, qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur. Bilərəkdən qanunsuz əmri yerinə yetirərək qəsdən cinayət törədən şəxs isə ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur. Yəni xanımlar xidmət nizamnaməsində nəzərdə tutulmamış bir funksiyanı icra etməyə məcbur ediləndə ondan imtinanı seçə bilərdilər. Hər iki tərəf nizamnamə tələblərini pozub. Onlar intizam məsuliyyətinə cəlb oluna bilərlər”.
Həmsöhbətimiz videoların xanımlardan gizli çəkilməsi məsələsinə də toxunub:
“Əgər videogörüntülər gizli çəkilibsə, şəxsi həyatın toxunulmazlıq hüququ pozulub, ona görə də hüquq-mühafizə orqanlarına bu məsələnin araşdırılması üçün müraciət edə bilərlər. Eyni zamanda maddi-mənəvi ziyanın ödənilməsiylə bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Şərəf məhkəməsinə çıxarılacaq bir şey olduğunu isə düşünmürəm. Şərəf məhkəməsi daxili intizam məsuliyyətinə cəlb etmək üçün olan bir sistemdir. Adətən, hərbiləşdirilmiş orqanlarda olur. Burada isə ondan söhbət getmir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar